Gürcüstanın "Xarici agentlər" reyestrində ilk beş QHT qeydə alınıb

image

Gürcüstanın "Xarici agentlər" reyestrində ilk beş QHT qeydə alınıb

Soydas.az "Report"un yerli bürosuna istinada xəbər verir ki, xarici qüvvələrin maraqlarını müdafiə edən təşkilatların reyestrinin siyahısına aşağıdakılar daxildir:

- "Gürcüstanda ukraynalıların gənclər təşkilatı – Svitanok”,
- "Fermer və Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı",
- "Kutaisi Gənclər Evi",
- "Xristian Birliyi",
- "Yəhudi Mədəniyyət və Təhsil Fondu".

Reyestrin rəsmi saytında verilən məlumata görə, təşkilatlar xaricdən əldə etdikləri gəlirləri, xərclərini və şirkətin maliyyə vəziyyətini əks etdirən bəyannamələr təqdim ediblər.

Ümumilikdə avqustun 1-dən sentyabrın 2-dək “Xarici agentlər” reyestrində könüllü qeydiyyatdan keçmək üçün 476 QHT və KİV müraciət edib.

Soydas.az

Paylaş: